
Samir Abasov bu legioneri də saxlayır
- 03 Yan 2023 12:00
- 584
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov daha bir legioneri saxlamağa qərar verib.
Rekord.az xəbər verir ki, söhbət müdafiəçi Pereyradan gedir.
Bunun əsas səbəblərindən biri qış dönəmində yaxşı müdafiəçi tapılmamasıdır. Bundan başqa, Pereyra sondan əvvəlki tur "Səbail"ə qarşı yaxşı oynamaqla və qol vurmaqla baş məşqçinin gözünə girə bilib.