"Sumqayıt" bu gün Misli Premyer Liqasının 29-cu turu çərçivəsində "Neftçi"ni qəbul edəcək.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Samir Abasov çərçivə ilə bağlı seçimini dəyişməyəcək.

Belə ki, baş məşqçi ötən tur "Turan Tovuz" səfərində özünü yaxşı tərəfdən göstərən gənc qapıçı İlnur Valiyevə yenə əsas heyətdə şans verəcək.