Yaxın günlərdə “Keşlə” adını dəyişib, “Şamaxı” olacaq.

Rekord.az xəbər verir ki, bunun üçün artıq işlər görülür. Klubun yeni loqosu da hazırdı. Emblem sosial şəbəkələrdə söz-söhbətə səbəb oldu. Bəzilərinin fikrincə, loqonun üzərinə həkk olunan “2022” yazısı səhvdi, “Şamaxı” “Keşlə”nin davamçısı sayılmayacaq. Bir çoxları isə, ümumiyyətlə, loqonu bəyənməyib.

Georgi Nikolov adı Azərbaycan futbol ictimaiyyətinə tanışdı. Uzun illər “İnter”in prezidenti olub. Beynəlxalq Bankla bağlı yaşanan problemlərə görə ölkəni tərk etmək məcburiyyətində qalıb. “İnter”in sabiq rəhbəri “Futbol+” qəzetinə müsahibəsində “Keşlə”nin “Şamaxı” olmasına münasibət bildirərkən loqonun plagiat olduğunu söylədi:
 

“Bu, 99 faiz Sofiya ÇSKA-sının emblemidi. Bolqarıstan təmsilçisi 1992-98-ci illər aralığından bu loqodan istifadə edib”.