"Şamaxı"dan ayrılan Bəhruz Teymurov karyerasını "Kəpəz"də davam etdirə bilər.

Rekord.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Lakin bu məsələ ilə bağlı baş məşqçi Tərlan Əhmədov yekun sözünü deməyib.

Qeyd edək ki, Bəhruz əvvəllər də "Kəpəz"in formasını geyinib.