
“Şamaxı”da yeni futbolçu
- 03 Sen 2025 23:00
- 35
"Şamaxı" yeni transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi hücumçu Nihat Mehralıyevi heyətinə qatıb. 20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
“Şamaxı" bunadək Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Tomas Dos Santos Oliveira, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Səlim Həşimov, Sənan Muradlı, Antonio Laran, Davud Mənsumovu transfer edib.