"Keşlə"nin Şamaxıya köçməsi bu rayonun futbol həvəskarlarını yenidən tribunalara qaytaracaq.

Rekord.az xəbər verir ki, artıq rayon rəhbərliyi, rayonun gənclər və idman idarəsi martın 18-də "Sumqayıt"la keçiriləcək oyuna hazırlaşır.

Ümumi azarkeşlərdən əlavə, ayrıca fan klubun yaradılması da planda var və hazırda bunun üzərində də iş gedir. Yenii fan klubun hansı adı daşıyacağı ilə hələlik dəqiqləşməyib.