Şamaxıda stolüstü tennis üzrə məşğələ keçirilib.
- 26 Yan 2024 12:22
- 302
Şamaxı şəhər 10 saylı tam orta məktəbdə "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis idman növü üzrə məşğələ keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, məktəbin fiziki tərbiyə müəllimi Toğrul Şıxıyevin rəhbərliyi altında stolüstü tennis idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.