
Şamaxıda şahmat üzrə ustad dərsləri
- 25 Fev 2025 19:00
- 394
Şamaxı UGİŞM-in Şahmat məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİŞM-in təcrübəli məşqçi- müəllimi Mehparə Xudiyevanın rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat idman növü üzrə ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, təlim zamanı məşqçi-müəllim Mehparə Xudiyeva yetirmələrinə şahmatın yaranma tarixindən, müxtəlif ölkələrin şahmat kombinasıyaları və sistemlərinin necə oyunda tətbiq etmək haqqında ətraflı məlumat verərək yeniyetmələrdə böyük maraq oyatdı.