Şamaxıda şahmat üzrə rayon turniri
- 20:05
- 35
Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə keçirilən “İdman həftəsi” çərçivəsində yeniyetmələr arasında şahmat üzrə Şamaxı rayon turniri təşkil olunub.
Rekord.az xəbər verir ki, turnir 8–10, 11–13 və 14–16 yaş qrupları üzrə keçirilib. Yarışda ümumilikdə 65 nəfər yeniyetmə qalib adı uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda qaliblər müəyyən olunub. Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.