Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbidə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat idman növü üzrə master-klass keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, mütəxəssislərin rəhbərliyi altında şahmat idman növü haqqında ətraflı məlumatlar əldə ediblər.

Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.