Şamaxıda şahmat turniri keçirilib
- 10:30
- 99
Şamaxı rayon Şahmat məktəbində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş məktəbli yeniyetmələr arasında şahmat üzrə Şamaxı rayon turniri keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəblilərdə şahmata olan marağı artırmaq, dostluq münasibətlərini möhkəmləndirmək və perspektivli gənc idmançıları aşkara çıxarmaq olmuşdur.
Gərgin və maraqlı idman mübarizəsi nəticəsində komandalar arasında qaliblər aşağıdakı kimi müəyyən edilmişdir: I yer – 2 saylı tam orta məktəb
II yer – Avropa Liseyi
III yer – 1 saylı tam orta məktəb
III yer – Mədrəsə qəsəbə tam orta məktəb.
Qalib komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunmuşdur.