
Şamaxıda rayon turniri keçirilib
- 12 İyn 2025 11:00
- 58
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə şəhər 3 saylı məktəbin idman zalında "15 İyun-Milli Qurtuluş Günü"nə həsr olunmuş ali, orta ixtisas və peşə məktəbləri arasında voleybol idman növü üzrə Şamaxı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, məqsəd gənclər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi və voleybol idman növü üzrə perspektivli idmançıları üzə çıxartmaq.
Gərgin idman mübarizəsindən sonra qaliblər müəyyən oldu. l yeri Dövlət Regional Kolleci ll yeri Şəhər 3 saylı məktəb lll yeri Texniki Peşə Liseyi. Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.