Şamaxı rayon Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbdə "İdman hamı üçün" layihəsi çərçivəsində, məktəbin fiziki tərbiyə müəllimi Elçin Nəcəfovun rəhbərliyi ilə məktəbli yeniyetmələr arasında "Şən startlar" estafet yarışı keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin təşkilində məqsəd şagirdlər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.