"Kəpəz" futbolçularının iki aydır maaş almaması haqda məsələdən məlumatlısınız.

Rekord.az xəbər verir ki, maddi sıxıntı yaşayan tək Gəncə təmsilçisi deyil.

Saytımıza daxil olan məlumata görə, "Şamaxı"da da analoji sıxıntı yaşanır. Belə ki, iki aya yaxındırdır bu klubda da maaşar böyük gecikmə ilə verilir. Komandanın mart ayından bu yana qələbəyə həsrət qalmasında hardasa bu faktorun da rolu var. Maddi sıxıntı futbolçuların oyununa təsirsiz ötüşmür.