Heç kimə sirr deyil ki, "Şamaxı"da baş məşqçi səlahiyyətləri Cavid Hüseynova aiddir.

Rekord.az xəbər verir ki, Hüseynovun Pro kateqoriyası olmadığı üçün baş məşqçi kimi Vüqar Əsgərlinin adı gedir.

Növbəti mövsüm isə yenidən dəyiş-düyüş baş tutacaq. Cavid Hüseynov hazırda Pro kateqoriyası almaq üzərində çalışır. Alan kimi, klub tərəfindən onun baş məşqçi təyinatı rəsmən açıqlanacaq. Vüqar Əsgərli isə onun köməkçisi təyin olunacaq.