"Şamaxı" daha çox gənc futbolçuları heyətinə qatmaqla yadda qalır.

Rekord.az xəbər verir ki, əslində bir neçə təcrübəli yerli futbolçu olub ki, "Şamaxı"ya gəlməyə razı olublar.

Lakin həmin futbolçular ailəli olduğu üçün Şamaxıda ayrıca ev tutulmasını istəyib. Klub rəhbərliyi isə hazırkı durumda hansısa futbolçuya ayrıca ev tutmağa imkan olmadığının, bütün futbolçuların yalnız oteldə yerləşdirildiyini bildirib.