AFFA İcraiyyə Komitəsinin qərarından sonra I Diviziona düşəcəyi dəqiqləşən "Şamaxı" rəhbərliyi yüksək maaş alan futbolçularının azad agent kağızını verib buraxmağı düşünmüşdü. Bir neçə futbolçu klubu tərk də elədi.

Lakin Rekord.az xəbər verir ki, sonradan fikir dəyişib.

AFFA İK-nın verdiyi qərarın şokundan ayılan "Şamaxı" rəhbərliyi yenidən toparlanıb Premyer Liqaya qayıtmağə hədəf seçib və buna görə də yerdə qalan futbolçuların saxlanılmasına qərar verib. Hər kəsə də deyilib ki, Premyer Liqada hansı şəraitdə oynayıb hansı maaşı alıblarsa, I Divizonda dca eyni şərtlər və maaşlar olacaq. Buna görə də klubla müqaviləsi olub Premyer Liqa klublarından təklif alan futbolçular da çıxılmaz vəziyyətdə qalıbar. Kimsə müqaviləni birtərəfli qaydada pozub getmək istəyirsə, bunun üçün təzminat ödəməlidir.