34 yaşı olmasına baxmayaraq, cari mövsüm "Şamaxı"nın heyətində yaxşı mənada seçilən Elvin Məmmədov böyük ehtimalla daha 1 il bu komandanın formasını geyinəcək.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi tovuzlu futbolçunun çıxışından razıdır və onun qalmasını istəyir.

Böyük ehtimalla qışda ona yeni müqavilə təklif olunacaq.