Xəbər verdiyimiz kimi, "Kəpəz" "Şamaxı"da çıxış edən gəncəli futbolçular Zahid Mərdanovla Əli Səmədovu geri qaytarmağa çalışsa da, Şamaxı təmsilçisi hər iki futbolçu ilə müqavilənin olduğunu əsas gətirərək, onları buraxmır. Futbolçulara da deyilib ki, Premyer Liqada aldıqları maaşları da alacaqlar. Lakin futbolçular həm doğma şəhərdə, həm də Premyer Liqada oynamaq istəyir.

Rekord.az-a daxil olan məlumata görə, "Şamaxı" hər iki futbolçunu "Kəpəz"ə buraxmağa razıdı.

Lakin bunun üçün Gəncə klubundan 100 min manat təzminat tələb edirlər. "Kəpəz" bu pulu verə bilsə, hər iki futbolçunu heyətinə qaytara biləcək.