
"Şamaxı" Əli Səmədovu buraxmaq istəmir
- 24 İyn 2023 11:00
- 596
Xəbər verdiyimiz kimi, qışda "Kəpəz"dən "Şamaxı"ya gedən gəncəli futbolçuların geri qayıtmaq variantı yaranıb.
Rekord.az xəbər verir ki, "Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədov da onların xidmətində maraqlıdır.
Lakin bir məsələ var ki, "Şamaxı" həmin futbolçuları buraxmaq istəmir. Xüsusilə də Əli Səmədovu. Belə ki, Şamaxı təmsilçisi I Diviziona düşsə də Əli və bir neçə aparıcı futbolçulara Premyer Liqada aldıqları maaşı verməklə onları saxlamaq istəyir. Hazırda məsələ ilə bağlı "Kəpəz" və "Şamaxı" arasında danışıqlar gedir. Güman ki, "Şamaxı" futbolçunu buraxmamaqda israr etsə "Kəpəz" Əlini əldə etmək üçün təzmnat ödəməyə məcbur olacaq.