
“Şamaxı” braziliyalı müdafiəçi transfer etdi
- 15 Avq 2025 21:30
- 141
“Şamaxı” yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Rekord.az xəbər verir ki, əyalət klubu braziliyalı futbolçu Antonio Laranı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalanıb.