"Liverpul"un sabiq hücumçusu Əl Haci Diuf Məhəmməd Salah haqda danışıb.

Rekord.az xəbər verir ki, Diuf Salaha məsləhət görüb ki, “Liverpul”da qalsın.

O, afrikalı futbolçulara qarşı ikili münasibət haqda da fikirlərini bildirib:

“Aydındır ki, “Liverpul” Salahın tələblərini qəbul etməlidir. O qalmalıdır. Mane ilə birlikdə klubun ən yaxşı oyunçusu olduğu üçün daha çox qazana bilər. Onlar birlikdə çoxlu kuboklar qazanacaqlar.

İyunda onun 30 yaşı tamam olacaq. Ondan xahiş edirəm ki, daha 4 il “Liverpul”da qalsın. “Real”a keçmək isə hər şeyə yenidən başlamaq deməkdir.

Və Salah bilməlidir ki, afrikalıdır, ona heç vaxt avropalı kimi münasibət göstərməyəcəklər. Başqalarından fərqli olaraq, ona ən yaxşı müqavilə təklif edilməyəcək.

“Liverpul”da çıxış edərkən, mən də ikili standartlarla üzləşmişəm. Məndən tələb edirdilər ki, yığma karyeramı bitirim”