"Liverpul"un futbolçusu Məhəmməd Salah klubdakı gələcəyi barədə danışıb. 

Rekord.az "FourFourTwo"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu deyib:

“Hələlik heç nə bilmirəm. Müqaviləmin bitməsinə bir il qalıb. Düşünürəm ki, azarkeşlər mənim nə istədiyimi anlayırlar, amma söhbət heç də puldan getmir. Bu klub mənim üçün çox şey deməkdir . "Liverpul"da futboldan daha çox həzz aldım. Hər şeyimi kluba verdim və hamı bunu gördü. Burada çoxlu inanılmaz anlar yaşadım, kuboklar, şəxsi mükafatlar qazandım. Mən "Liverpul"da özümü evimdəki kimi hiss edirəm”,.

Qeyd edək ki, misirli oyunçunun "mersisaydlılar"la müqaviləsi 2023-cü ilin yayına qədərdir.