Bu il keçiriləcək şahmat olimpiadasına ev sahibliyi edəcək ölkə bəlli olub.

Rekord.az xəbər verir ki, yarış Hindistanda gerçəkləşəcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb.

Tamilnad ştatının paytaxı Çennayda təşkil olunacaq olimpiadanın dəqiq tarixi açıqlanmayıb. Lakin yarışın iyulun sonu - sentyabrın əvvəlində təşkil olunması nəzərdə tutulub.

Bu il şahmat olimpiadası Rusiyada keçirilməli idi. Lakin Ukraynaya hərbi müdaxilə səbəbindən yarışa ev sahibliyi hüququ Rusiyadan alınıb.