Xəbər verdiyimiz kimi, müdafiəçi Adil Nağıyev "Şamaxı"dan ayrılaraq "Səbail"ə geri dönüb.

Rekord.az xəbər verir ki, əksəriyyət üçün gözlənilməz gediş olub.

Çünki Adil qışa qədər olan dönəmdə "Şamaxı"nın aparıcı futbolçularından olub. Bu mənada Şamaxı təmsilçisinin ondan imtina etməsi ağlabatan deyil. Saytımıza daxil olan məlumata görə, əslində hər şey "Səbail"dəki baş məşqçi dəyişikliyindən sonra olub. Belə ki, Bayıl təmsilçisinə baş məşqçi təyin olunan Şahin Diniyev dərhal bir neçə futbolçunu komandadan göndərib. Yaranan boşluq səbəbindən isə "Şamaxı"da icarədə olan Adilin təcili geri qaytarılmasını istəyib. Məhz bundan sonra Nağıyev  Bakıya dönüb və qış toplanışında müqavilə ilə məxus olduğu klubun məşqlərinə qoşulacaq.