"Səbail" - "Zirə" matçında maraqlı epizod yaşanıb.

Rekord.az xəbər verir ki,epizodların birində "Zirə"nin futbolçusu ilə "Səbail"İn futbolçusu arasında top uğurunda mübarizə getdi və "Səbail"li futbolçu yerdə qaldı.

Bu zaman görüşün baş hakimi Rauf Cabbarov "Səbail"in xeyrinə qayda pozuntusu qeydə aldı. Bu qərar isə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovu özündən çıxardı və o, etirazını dördüncü hakim Səbuhi Bayramova bildirdi. Maraqlıdır ki, bu zaman "Səbail"in baş məşqçisi Şahin Diniyev də dördüncü hakimə yaxınlaşaraq "Zirə"nin futbolçusunun qaydanı pozmadığını bildirdi və epizodda qayda pozuntusu olmadığını bildirdi.