Şahin Bağırov mükafatlandırma mərasimində çıxış edib
- 10:39
- 30
Voleybol üzrə Azərbaycan çempionatı başa çatıb. "Rekord.az" xəbər verir
ki, kişilərin mübarizəsində "Xilasedici", qadınların yarışında isə
"Turan" klubu çempion adını qazanıblar.
Qadın voleybolçuların final qarşılaşmasından sonra təşkil olunan mükafatlandırma mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edərək qalibləri təbrik edib:
"Bu gün gözəl oyun nümayiş etdirən, Yüksək Liqada iştirak edən bütün idmançılara federasiya adından təşəkkür edirəm. Çempionat boyu hamı əzmkarlıqla mübarizə apardı. Bu gün də komandalar hər iki qarşılaşmada gözəl oyun göstərdilər. Bir daha bütün komandaları, xüsusilə də finalda qalib gələn "Turan" komandasını təbrik edirəm".
AVF rəhbəri dövlət qayğısı nəticəsində voleybolun inkişafın etdiyini deyib:
"Azərbaycanda bütün sahələrdə inkişaf var. Xüsusilə idmanda olan inkişaf bizi bir vətəndaş olaraq çox sevindirir. Ölkəmizdə idman hərəkatında əldə olunmuş nailiyyətlər dövlətimizin gücünü göstərir. Buna görə də biz ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Federasiya adından da dövlət başçısına minnətdarlığımızı bildirirəm ki, yaradılan bu imkanlar sayəsində digər növlər kimi, voleybol da inkişaf edir, oyunçular yetişir, komandaların sayı artır. Bildiyiniz kimi, 170 komandanın iştirakı ilə aşağı yaş qruplarında çempionat keçirilib və burada bütün regionlar təmsil olunub. Qarşıda yeni hədəflərimiz var. Mən fürsətdən istifadə edərək gənclər və idman naziri cənab Fərid Qayıbova, həmçinin Elm və Təhsil Nazirliyinə, digər aidiyyatı qurumlara minnətdarlığımı bildirirəm ki, regionlarda idmana xüsusi qayğı göstərirlər və Azərbaycan Voleybol Federasiya tərəfindən qaldırılan məsələlərdə də hər zaman bizə dəstək olurlar".
Ş.Bağırov komandalara, oyunçulara göstərilən dəstəyə görə də minnətdarlığını bildirib:
"Mən bütün azarkeşlərə də təşəkkürümü bildirmək istəyirəm. Oyunu daha da gözəlləşdirən, idmançılara güc verən azarkeşlərin alqışıdır. İdmançılar il ərzində bu an üçün hazırlaşırlar. Və bu gün də azarkeşlərin burada olması onlar üçün böyük dəstəkdir. Media nümayəndələrinə də minnətdarlığımı bildirirəm. Media nümayəndələri çempionat boyu oyunları izləyiblər və müxtəlif kütləvi informasiya vasitələrində yayımlayıblar. Sponsorlara da təşəkkür edirəm, onların davamlı dəstəyi sayəsində biz voleybolu daha da inkişaf etdirmək imkanı əldə edirik. Xüsusilə Türkiyədən gələn qonaqlara minnətdarlığımı bildirirəm ki, Azərbaycanda yaxşı komanda yaradıblar, cənab Yıldırım Demirörənə təşəkkürümü çatdırıram. Bir daha bütün komandaları təbrik edirəm. Həm finalçılar "Turan" və "DH Volley" komandaları, həm də bürünc medal uğrunda oynayan "Gəncə" və "Milli Aviasiya Akademiyası" komandaları çox yaxşı oyun nümayiş etdirdilər. O cümlədən, dünən baş tutmuş kişi voleybolçuların oyunları da maraqlı mübarizədə keçib. Bu gün qalib gələn "Turan" klubu başda olmaqla, bütün komandaları təbrik edirəm, hər bir idmançıya uğurlar arzulayıram".