Şahin Bağırov mətbuat konfransında çıxış edib
- 15:16
- 34
Qadın voleybolçular arasında Avropa çempionatının kubokunun təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib. "Rekord.az" xəbər verir ki, tədbirdə AVF rəhbərliyi, komandamızın üzvləri, məşqçilər heyəti, yeniyetmə voleybolçular, media nümayəndələri iştirak ediblər.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edərək Avropa çempionatında voleybolçularımıza uğurlar arzulayıb. O, komandamızın yüksək hazırlıq prosesi keçirəcəyinə və oyunlara maksimum hazır olacağına inamını ifadə edib.
Ş.Bağırov ölkəmizin fərqli idman növlərində çoxsaylı uğurlarının olduğunu deyib: "İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər, Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Biz də voleybolun inkişafı istiqamətində bu siyasəti davam etdiririk. Məqsədimiz voleybolçularımızın səviyyəsini yüksəltmək, onların beynəlxalq turnirlərdə uğurlu çıxışı üçün lazımi şərait yaratmaqdır. Avropa çempionatında da yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik".