"Şahdağ" ötən mövsüm heyətdə yer alan legionerləri saxlayacaq.

Rekord.az xəbər verir ki, bu haqda komandanın yeni baş məşqçisi Füzuli Məmməd məlumat verib.

Saytımıza açıqlama verən Məmmədov heyətlə bağlı fikirlərini bölüşüb: "Elə heyət qurmaq istəyirik ki, Premyer Liqaya çıxanda komandanın özəyi olsun. Yəni ora çıxıb sıfırdan komanda qurmayaq. İstedadlı gəncləri komandaya cəlb edəcəyik. Təbii ki, onların yanında elita təcrübəsi olan futbolçular da olacaq. Lazımı mövqeylərə legionerlər də cəlb olunacaq. Keçən mövsüm komandada yer alan legionerlərin oyunundan razıyam və onları komandada saxlayacam".