Şahbuzda “Heydər Əliyev İli” ilə əlaqədar ümumtəhsil məktəblərində şahmat məşğələlərini tədris edən müəllimlərin iştirakı ilə “Ümummilli lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında rolu” mövzusunda seminar təşkil olunub.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində reallaşan seminarda rayon ümumtəhsil məktəblərindən 26 müəllim iştirak edib.

Seminarın sonunda iştirakçılar arasında şahmat yarışı keçirilib, fərqlənənlərə diplom və fəxri fərman təqdim olunub.