Şabranda stolüstü tennis tədbiri
- 16 Dek 2023 12:00
- 308
Şabran şəhəri 4 və 5 nömrəli tam orta məktəblərinin idman zallarında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis üzrə kütləvi idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Vüsal Alışov, stolüstü tennis üzrə baş məşqçi-müəllim Zakir Cavadov və 20 nəfər həvəskar idmançı iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi və yeniyetmə və gənclərin aktiv həyata cəlb edilməsidir.