Şabran UGİM-in idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə yeniyetmə və gənclər arasında alpaqut idman növü üzrə Şabran rayon açıq birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmə və gənclərin alpaqut idman növünə marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclər arasında idmanın bu növünün təbliğ olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, Alpaqut Fedarasiyasının nümayəndələri Ərşad Həsənov, Rafiq Qasımov, Elsevər Puri, məşqçi-müəllimlər və 70 nəfər yeniyetmə və gənc idmançı iştirak etmişdir.

Şabran, Laçın, Zəngilan, Qusar, Quba, Xaçmaz və Yasamal rayon komandalarının qatıldığı açıq birinciliyin sonunda I, II və III yeri qazanmış idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.