Şabran şəhər 2 nömrəli məktəb liseyində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon gənclər və idman sektorunun təşkilatçılığı ilə 3 dekabr -Beynəlxalq Əlillər Gününə həsr olunmuş boccia idman növü üzrə Şabran rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnirin açılışında oyun qaydaları, keçirilməsi məqsədləri iştirkaçıların diqqətinə çatdırılmış və turnirə start verilmişdir.

Turnirdə Şabran rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan gənclər və qazilər iştirak etmişlər. Sonda bütün iştirakçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən serifikatlarla təltif edilmişlər.