Şabranda "Heydər Əliyev ili" çərçivəsində daha bir yarış
- 25 Apr 2023 14:41
- 409
Şabran şəhər 5 nömrəli tam orta məktəbin idman zalında rayon Gənclər və İdman İdarəsi, YAP Şabran rayon təşkilatı və rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş 2007-2012, 2013-cü il və daha kiçik yaşlı oğlan və qızlar arasında stolüstü tennis idman növü üzrə Şabran rayon Açıq birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışda Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, İctimai-siyasi və humanitar məsələlər üzrə müavini İlkin Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, rayon Təhsil sektorunun müdiri Emin Mövsümov, Uşaq Gənclər İdman Məktəbinin direktoru Zeynal Zeynalov, 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova iştirak etmişlər.
Yarışda Şabran, Quba, Bakı, Sumqayıt komandaları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının yeniyetmələrdən ibarət yığma komandası tərkibində ümumilikdə 80 idmançı mübarizə aparıb.
Nəticələrə əsasən ümumi komanda hesabında Sumqayıt komandası I , Şabran komandası II, Bakı komandası III yerin sahibi olub.
Qalib komandalar diplom və medallarla təltif olunublar.