Sabirabadda şahmat üzrə turnir keçirilib
- 12:15
- 35
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Sabirabad Gənclər Evi SXM-in birgə təşkilatçılığı "23 İyun - Beynəlxalq Olimpiya Günü" nə həsr olunmuş gənclər arasında şahmat üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, rayonda şahmat üzrə yarışın keçirilməsində məqsəd gənclərin asüdə vaxtlarını səmərəli təşkil etmək, şahmat oyunun kütləviliyininə nail olmaq, gənclər arasında dostluq əlaqələrini gücləndirmək və şahmat oyununun daha da inkişaf etdirməkdir.
Yarışın sonunda müvafiq yerləri tutan şahmatçılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıb.