
Sabirabadda qızlara futbol dərsi keçildi
- 25 İyn 2023 12:00
- 413
Sabirabad rayonunda Mil-Muğan Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən UGİŞM-də qızlardan ibarət futbol dərslərinə başlanılıb.
Rekord.az xəbər verir ki, Mərkəz Regional Futbol Federasiyasının prezidenti Nadir Quliyev komandanın məşqlərini izləyib.
Daha sonra futbolçu qızlarla və onlarən məşqçiləri ilə səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Nadir Quliyev komandaya dəsətək olacağını qeyd edib. Komandaya məşqi Tural Mustafayev, Həmidə Həsənzadə keçib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən UGİŞM-in dieektoru Cəfər Teyfi-İbadov iştirak edib.