Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad şəhərində ”İdman Festivalı” keçirilib. Müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim edilib.

Rekord.az xəbər verir ki, ümumillikdə 110 idmançı insanları sağlam həyat tərzinə dəvət edib.

Festivalda Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək festival iştirakçılarını salamlayıb. Mil-Muğan RGİİ-nin rəisi Nadir Quliyev qeyd edib ki, eyni vaxtda regionun bütün ərazisində keçirilən “İdman Festivalı” insanları idmana cəlb etmək və sağlam həyat tərzinin təbliğinə xidmət edir.