Sabir Zeynalov qran-prinin qalibi oldu
- 14:20
- 22
Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı qran-pri keçirilib.
Rekord.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.
Finalda isə braziliyalı Qustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.