
Sabiq "Xəzər Lənkəran"lı "Region Liqası"nın debütantını seçdi
- 14 Noy 2022 15:00
- 665
"Region Liqası"nın debütantı sayılan "Lerik" heyətini daha bir futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Cənub təmsilçisi təcrübəli Kamran Abdullazdəni heyətinə qatıb və kapitan sarğısını da ona həvalə edib.
Qeyd edək ki, Abdullazadə vaxtı ilə "Xəzər Lənkəran", "Sumqayıt" və "Kəpəz" kimi elita klublarında forma geyinib.