
Sabiq "Real"lı filmə çəkildi FOTO
- 12 Mar 2021 15:48
- 678
"Real”ın sabiq futbolçusu Royston Drente filmə çəkilib.
Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Niderlandda “Mokro Maffia” filminə çəkilib. Drentde filmdə narkotik satıcısı kimi rol alıb.
Qeyd edək ki, Drente hazırda İspaniyanın 4-cü divizion təmsilçisi “Rasinq”də (Mursiya) çıxış edir. “Feyenoord”un yetirməsi olan futbolçu karyerası ərzində “Real” (Madrid), “Everton”, “Kayseri Erciyesspor”, “Alaniya”, “Ridinq”, “Şeffild Uensdey”, “Baniyas” və “Sparta” (Rotterdam) kimi klublarda da oynayıb.