“Liverpul”un və Danimarka millisinin sabiq futbolçusu Daniel Aqqer baş məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, keçmiş müdafiəçi ölkəsində “Köqe” klubunu çalışdıracaq.

Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Aqqer 2006-2014-cü illərdə “Liverpul”da çıxış edib. Danimarkalı sabiq müdafiəçi 2016-cı ildə futbolçu karyerasını bitirmişdi.