
Sabiq legioneri "Qarabağ"ı təriflədi
- 19 Noy 2021 17:21
- 625
"Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Ağdam klubundan "Levski"yə keçidindən danışıb.
Rekord.az xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında əvvəlcə Sofiya təmsilçisi ilə "Qarabağ"ı da müqayisə edib:
“Qarabağ”dan “Levski”yə keçidimi geriyə addım hesab edirəmmi? Əmin idim ki, nə vaxtsa qayıdıb, “Levski” üçün oynayacam. Sadəcə, nə zaman olacağını bilmirdim. 7 illik legioner həyatından sonra Bolqarıstana erkən qayıtdım. Bu mənada geriyə addım hesab etmək olar. Bəlkə də komanda tam fərqli olsaydı, belə olmazdı, məndə hər şey qaydasında idi, zədəm yox idi".
Bolqarsıtan millisinin üzvü Ağdam klubunda işlərin çox peşəkar səviyyədə aparıldığını bildirib: “Azərbaycanda vəziyyət yaxşı idi, hamıya vaxtında maaş verilirdi. “Qarabağ”da insanlar çox peşəkar işləyirdi. Orada nəticələr də gözləyirdilər. Bazaya 11-də gedib, 8-də evə qayıdırdıq. Hətta əlavə məşqlər də edirdik. Biz hər gün idman zalına gedirdik və hər gün səkkiz saat bazada olurduq. “Levski”də belə mentalitet, iş tərzi yoxdur. Hardasa, ÇSKA-da oxşar bir şey etməyə çalışırdı. Ancaq hələ də davam edirmi, bilmirəm".
Qeyd edək ki, Slavçev 2018-2019-cu illərdə "Qarabağ"da oynayıb.