“Sabah”ın qapıçısı milli komandaya dəvət aldı
- 15 Sen 2026 18:20
- 200
“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət edilib.
Rekord.az Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Pokatilov yığma komandaya kömək edəcək.
Qazaxlar Millətlər Liqasının C3 qrupunda Farer adaları (26 sentyabr və 6 oktyabr), Slovakiya (29 sentyabr) və Moldova (2 oktyabr) ilə qarşılaşacaq.