
"Sabah"ın legioneri azarkeşlərə təşəkkür etdi FOTO
- 12 Apr 2022 16:00
- 472
"Sabah"ın futbolçu Coy-Lens Mikkels İnstaqram səhifəsində azarkeşlərlə bağlı paylaşım edib.
Rekord.az xəbər verir ki, komandasının almaniyalı bombardiri Premyer Liqanın 22-ci turunda "Zirə" üzərində qazanılan 3:1 hesablı qələbədə azarkeşlərin rolunun az olmadığını bildirib:
"Azarkeşləri qeyd etmək istəyirəm. Həqiqətən də siz möhtəşəm idiniz. Stadiona gəldiyimiz andan sonuna qədər stadionda gözəl ab-hava var idi. Sizə təşəkkür edirik".