"Ozan Can Kökcünün "Sabah"la 2023-cü ilə kimi müqaviləsi var. Sözügedən klubdan bizə hər hansı rəsmi təklif olmayıb".

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov 22 yaşlı yarımmüdafiəçinin gələcək karyerası barədə danışarkən deyib.

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında "Sabah"a məxsus futbolçunun Türkiyə I Liqa təmsilçisi "Eyüpspor"la anlaşdığı yazılıb.

Xatırladaq ki, millimizin də üzvü olan yarımmüdafiəçi bu ilin yanvar ayından icarə müqaviləsi əsasında Hollandiyanın "Telstar" komandasının şərəfini qoruyurdu. O, Hollandiya təmsilçisinin heyətində 18 oyunda meydana çıxıb və 2 dəfə fərqlənməyi bacarıb.