“Sabah”ın bizdən güclü olmasını qəbul edirəm” - İliç
- 21:30
- 30
“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyundan sonra “kimyaçılar”ın baş məçqçisi Saşa İliçin mətbuat konfransı olub.
Serbiyalı mütəxəssis 1:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Sabah”ı təbrik etmək istəyirəm. Bu komanda avrokuboklara və çempionluğa oynayan komandadır. “Sabah”ın bizdən güclü olmasını qəbul edirəm.
Müdafiədə diqqətli olmalıyıdıq. Səhvlər buraxdıq. Səhv edən oyunçulardan biri Vüsal Paşayev idi. Gənc oyunçudur, başadüşüləndir, ikinci oyununu keçirirdi. Amma istənilən halda, müdafiədə oynayırsansa, diqqətli olmalısan”.