Premyer liqanın 23-turu çərçivəsində baş tutan "Neftçi" - "Sabah" (1:0) oyununun şərhçisi qonaqların baş məşqçisi Murad Musayevin fləş-müsahibə verməkdən imtina etdiyini bilidirdi.

Mütəxəssisin bu qərarına səbəb nə olub? Məsələ ilə bağlı məlumat almaq üçün "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq. Klub rəsmisinin "Football-plus.az" saytına açıqlaması belə oldu:
 

"Hələ ki bütün müsahibələri dayandırmışıq. Lakin çempionatın Əsasnaməsinə uyğun baş məşqçimiz oyunsonrası mətbuat konfranslarında iştirak edir. PFL akkreditasiyası olan istənilən media nümayəndəsi mətbuat konfransında baş məşqçiyə suallarını ünvanlaya bilər".