“Sabah”ı gözləyən təhlükə
- 19:38
- 27
Tarixi uğurla
Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ı böyük mübarizə
gözləyir. Dünya nəhəngləriylə qarşılaşmalar təmsilçimizi populyarlaşdıracaq, diqqət
mərkəzinə, həmçinin böyük ad, şöhrət, yerli futbol azarkeşlərimizə isə böyük sevinc
gətirəcək. Bunların hamısı xoş hadisələrdir və komanda ilə birlikdə hamımız bu
gözəl anları, böyük futbol bayramını səbrsizliklə gözləyirik.
Amma bu işin
bir əmması var. “Sabah” Avropaya səs saldığı zamanla eyni vaxtda sıx oyun
qrafikinin öhdəsindən gəlməli, daxili yarışda çempionluğu əldən verməməyə
çalışmalıdır. Bu isə elə də asan iş deyil.
Xatirəmizdə o
qədər də köhnə olmayan “Qarabağ” nümunəsi var.
Çempionlar
Liqası çətin yarışdır, komandadan çox güc alır. Bunu ötən mövsüm məhz “Qarabağ”ın
timsalında aşkarlıqla görə bildik. Ağdam təmsilçisi Avropada uğurlu çıxış etsə
də, daxili yarışlara qüvvə saxlaya bilmir, xal itkilərinə məruz qalırdı. Üstəlik,
ehtiyat skamyanın da geniş olmamağı Qurban Qurbanovun işini çətinləşdirir,
seçim imkanı vermirdi. Nəticə olaraq, bu, “Qarabağ”ın uzun fasilədən sonra ölkə
çempionluğunu əldən verməsinə gətirib-çıxardı. Üstəlik, Premyer Liqadakı rəqabət
səviyyəsinin artması da öz növbəsində iki cəbhədə eyni uğurla çıxış etmək artıq
mümkünsüzə yaxın missiyaya yaxınlaşdırır.
Ehtiyat
qüvvə öz yerində, ancaq ÇL-dəki təmsilçimizin həm də daxili yarışda “nəfəs dərməyə”
imkan tapması da labüd olur. Yəni “bayquşlar”ın bəzi oyunların təxirə getməsini
istəməkdən başqa çıxış yolu olmaya bilər.
Hansı oyunlar?
Əvvəlcə, Avropa-Azərbaycanqarışıq matç qrafikinə baxaq.
“Sabah”ın
avrokubok matçlarına rast gələn Premyer Liqadakı oyunların qrafiki aşağıdakı
kimidir:
Çempionlar
Liqası 2026-27-ci illər mövsümü. Əsas mərhələ.
1-ci tur.
Rəqib - “Mançester
Yunayted” (səfər)
Tarix: 10
sentyabr 2026-cı il.
Bu matçdan
- öncəki rəqib
– “Zirə” (ev)
- sonrakı rəqib
– “Şəfa” (səfər)
2-ci tur.
Rəqib - “Slaviya”
(ev)
Tarix: 13
oktyabr 2026-cı il.
Bu matçdan
- öncəki rəqib
– “Neftçi” (səfər)
- sonrakı rəqib
– “Qəbələ” (səfər)
3-cü tur.
Rəqib - “Borussiya”
(ev)
Tarix: 20 oktyabr
2026-cı il.
Bu matçdan
- öncəki rəqib
– “Qəbələ” (səfər)
- sonrakı rəqib
– “Qarabağ” (ev)
4-cü tur.
Rəqib – “Vikinq”
(səfər)
Tarix:
4 noyabr 2026-cı il
Bu
matçdan
-
öncəki rəqib – “Turan” (səfər)
-
sonrakı rəqib – “Şamaxı” (ev)
5-ci tur
Rəqib
– “Barselona” (ev)
Tarix:
25 noyabr 2026-cı il
Bu
matçdan
-
öncəki rəqib – “Sumqayıt” (səfər)
-
sonrakı rəqib – “Araz” (ev)
6-cı tur
Rəqib
– “Vilyareal” (səfər)
Tarix:
8 dekabr 2026-cı il.
Bu
matçdan
-
öncəki rəqib – “Zirə” (səfər)
-
sonrakı rəqib – “Şəfa” (ev)
7-ci tur
Rəqib
– “Napoli” (ev)
Tarix:
20 yanvar 2027-ci il.
Bu
matçdan
-
öncəki rəqib – yoxdur, liqada fasilədir.
-
sonrakı rəqib – “Neftçi” (ev)
8-ci tur
Rəqib
– “Arsenal” (səfər)
Tarix:
27 yanvar 2027-ci il
Bu
matçdan
-
öncəki rəqib – “Neftçi” (ev)
-
sonrakı rəqib – “Qəbələ” (ev)
*
* *
Komanda pley-offa çıxarsa;
Rəqib
– XXXXX
Tarix:
16-17 fevral ilk matç, 23-24 fevral cavab matçı.
İlk
matçdan
-
öncəki rəqib – “Turan” (ev)
-
aradakı rəqib – “Şamaxı” (səfər)
-
sonrakı rəqib – “Kəpəz” (ev)
*
* *
Beləliklə,
“Sabah”ın oyun qrafiki ilə tanış olduq. Uzun, yorucu bir 5 ay gözləyir Valdas
Dambrauskasın yetirmələrini. Bilirik ki, Avropadakı rəqiblər güclüdür, üstəlik,
2 dəfə İngiltərə, bir dəfə İspaniya, bir dəfə də Norveç səfərləri gözlənilir.
Yolun uzaqlığının matçların yükünə əlavə yük qatacağı, bərpa prosesini uzadacağı
dəqiqdir. Bu səbəbdən komanda bəzi matçları oynamaq üçün PFL-ə müraciət edə bilər.
Onlar hansılardır?
Məntiqlə
bu “Sabah”ın ÇL-də 1 həftə ərzində oynayacağı 2 qarşılaşma arasındakı matçlarıdır.
İlk
belə durum 13-20 oktyabr tarixlərinə rast gələ bilər. “Sabah” əvvəlcə evdə “Slaviya”,
sonra isə “Borussiya”nı qəbul edəcək. Bu vaxt Premyer-Liqamızda “araya düşən”
matç “Qəbələ” səfəridir. Böyük ehtimalla, həmin matç ertələnəcək. Maraqlı məqam
odur ki, “Sabah” ilk matçdan öncə “Neftçi”ylə səfərdə, almanlardan sonra isə
evdə “Qarabağ”la oynamalıdır. Əminliklə söyləmək olar ki, oktyabrın ortaları “bayquşlar”ın
həm ÇL, həm də Premyer-Liqa perspektivinə təsir edəcək.
Daha
bir dəfə belə durum gələn ilin 20-27 yanvar tarixlərində yaşanacaq. Bu zaman “Sabah”
evdə “Napoli”ni qəbul edib, bir həftə sonra Londonda “Arsenal”a qarşı meydana
çıxacaq. İtalyanlarla qarşılaşmadan öncə matç yoxdur, çünki həmin vaxtda PL-də
fasilə bitmiş olmayacaq. Araya isə “Neftçi”ylə ev matçı düşür. Bu oyunun da təxirə
getmək ehtimalı az deyil.
Son
olaraq, komandamız pley-offa yüksələrsə belə hal yaşana bilər. O zaman da iki
matç arasında “Şamaxı” səfəri düşür ki, “Sabah” bu oyunun da ertələnməsini istəyə
bilər.
Hazırda
görünən mənzərə budur. Yuxarıda da qeyd etdik ki, “Sabah”ın işi çətindir. Hətta
həmin matçlar ertələnərsə belə, sonrakı aylarda – böyük ehtimal, apreldə - komandanın yaşayacağı sıx qrafik heç də az
olmayan xal itkilərinə özü ilə gətirəcək. Belədə ötənilki “Qarabağ” ssenari”sinin
yaşanma ehtimalı çoxalır. Bunun baş verməməsi üçün masazırlılar sələfinin səhvini
təkrarlamamlı, ehtiyat skamyanı genişləndirməlidirlər.