"Sabah"ın baş məşqçisi Murat Musayev komandasının "Beşiktaş"la yoldaşlıq görüşü keçirmək perspektivinə toxunub.

Rekord.az xəbər verir ki, CBC Sport"a açıqlamasında rusiyalı məşqçi bu oyunun baş tutmaq ehtimalını yüksək qiymətləndirib.

O, hətta bununla bağlı tarxi də açıqlayıb: "Hazırda bizim rəhbərlik "Beşiktaş" rəhbərliyi ilə danışıqlar aparır. Ola bilsin ki, aprel ayının sonubu oyun baş tutdu. Mən istəmirəm ki, bu cür oyunları millinin toplanışlarına görə çempioonatda yaranmış fasilə dönəmində keçirək. Çünki istəyirəm ki, bütün futbolçularım bu oyunda iştirak etsin".