“Sabah” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Levski” (Sofiya) komandasını qəbul edəcək.


Futbolinfo.az xatırladır ki, ilk oyunda 0:1 hesabıyla uduzmuş “bayquşlar” pley-offa mərhələ adlamaq üçün mütləq inamlı hesabla qalib gəlməlidir.


Bu vacib oyun öncəsi paytaxt klubu sosial şəbəkə hesablarında maraqlı paylaşım edib. “Sabah”ın məşhur "Rick and Morty" cizgi filmi əsasında hazırlanmış oyun günü paylaşımını təqdim edirik.